"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə uduzub, mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək.

Newsport.az-ın məlumatına görə, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibi də müəyyənləşib. 

Qurban Qurbanovun komandası ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right