Renat Dadaşov Macarıstan və Slovakiya ilə oyunlara şərtlə gəlib

Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Renat Dadaşov AÇ-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə keçirilmiş oyunlar üçün AFFA-nın qarşısına şərt qoyaraq, gəlib.

 

Newsport.az xəbər verir ki, 20 yaşlı hücumçu hər iki oyunda meydana çıxmağı tələb edib. Dadaşov oynamayacağı halda, milliyə gəlmək istəmədiyini deyib. İpə-sapa yatmayan və intizamsız futbolçu kimi tanınan Renatın istəyi yerinə yetirilib.

 

O, iyunun 8-də Macarıstanla keçirilmiş oyunun start heyətində yer alıb. Matçda heç nəylə yadda qalmayan hücumçunu 59-cu dəqiqədə Ağabala Ramazanov əvəz etmişdi. Ramazanovun meydana daxil olmasından sonra Ramil Şeydayev daha rahat oynadığı hücum mərkəzinə keçmişdi. Bu dəyişiklikdən sonra yığma qol vurmağa nail olmuşdu.

 

Dadaşovun tələbi Slovakiya ilə oyunda da yerinə yetirilib. O, yığmanın 1:5 hesabı ilə darmadağın olduğu oyunun 89-cu dəqiqəsində meydana daxil olub.

 

Dadaşov Almaniyanın U-16 və U17 yığmalarındakı uğurlu oyunlardan sonra 2017-ci ildə Azərbaycan millisini seçdi. Nüfuzlu "Bild" nəşri Renatın 1 milyon dollar qarşılığında Azərbaycan yığmasını seçdiyini yazmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah