Qadın voleybolçularımız yenə uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması növbəti sınağına çıxıb. Newsport.az xəbər verir ki, Qızıl Avropa Liqası turnirində mübarizə aparan komandamız V tur çərçivəsində İspaniyanın qonağı olub.

Görüşün ilk setində ev sahibləri rahat qələbə qazanıblar. İkinci və üçüncü setdə komandamız müqavimət göstərsə də, bundan artığına gücü çatmayıb. Bununla da qrupun autsayderi olan yığmamız ardıcıl 5-ci məğlubiyyətini alıb.

Qızıl Avropa Liqası

C qrupu

V tur

İspaniya - Azərbaycan - 3:0 (25:12, 26:24, 25:22)

Valyadolid. "Polideportivo Municipal Huerta del Rey"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right