"Neftçi" yeni mövsümün hazırlığına başladı Fotolar

“Neftçi” PFK 2019/2020-ci illər mövsümünün hazırlığına başlayıb.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, düşərgədə olan futbolçular əvvəlcə tibbi baxışdan keçiblər. Axşam saatlarında isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə fiziki testlər yerinə yetirilib.

 

Hazırlıq sabah iki məşqlə davam edəcək. İyunun 14-dək “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlaşacaq komanda ayın 15-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right