Peter Pekarik: "Azərbaycanla oyunda xal itirən komandanın qrupda işi çox çətin olacaq"

Slovakiya millisinin yarımmüdafiəçisi Peter Pekarik AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi sport.sk saytına açıqlama verib.

 

Newsport.az xəbər verir ki, Almaniya Bundesliqa təmsilçisi "Herta"da çıxış edən 32 yaşlı futbolçu oyunla bağlı danışıb:

 

"Qrupdakı kartları dəyişmək istəyiriksə, ardıcıl xallar qazanmalıyıq. Bakıdakı oyun çox vacib olacaq. Baş məşqçimi Pavel Hapalın sözünü təkrar etmək istəyirəm: Azərbaycanla oyunda xal itirən komandanın qrupda işi çox çətin olacaq".

 

Təcrübəli futbolçu qrupdakı komandalar barədə bunları deyib:

 

"Qrupumuzdakı komandalar səviyyəcə bir-birindən çox uzaq deyil, yaxındır. Qrup balanslıdır. Nəticələr sıxdır, oyunlarda bir-iki qol vurulur. Komandaların gücü bir-birinə yaxındır. Azərbaycan digər rəqiblərə ümid verən komanda kimi görünür. Hədəfinə çatmaq istəyən komanda Azərbaycanı məğlub etməlidir. Bunu dərk edirik".

 

Pekarik standart vəziyyətlərə xüsusi önəm verəcəklərini deyib:

 

"Standart vəziyyətlər əsas silahımız ola bilər. Azərbaycanın Macarıstanla oyununu izləmişik. Həmin oyunda yaşananlar bizim üçün yaxşı ssenari olardı. Bakıda hava çox istidir. Onlar bu havaya öyrəşib. Bizim üçün adi oyun olmayacaq. Qalib gəlmək istəyirik".

 

Sabah 8-ci km stadionunda keçiriləcək Azırbaycan - Slovakiya oyunu 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right