İsrafilovun komandası mövsümü məğlubiyyətlə bitirdi

Futbol üzrə İspaniya Sequndasında 2018/19 mövsümünə yekun vurulub.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da sonuncu matçına çıxıb. 

Sözügedən kollektiv 42-ci tur çərçivəsində səfərdə “Qranada” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 1:2.

İsrafilov bu görüşün iştirakçısı olmayıb. Buna səbəb hazırda onun zədədən əziyyət çəkməsidi.

“Alkorkon” mövsümü 52 xalla 22 iştirakçı arasında 14-cü pillədə başa vurub. İsrafilov isə geridə qalan mövsümdə 29 oyuna çıxıb, 1 qol vurub, 16 (!) dəfə sarı vərəqə ilə cəzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right