"Bəhanə axtarmaq fikrimiz yoxdu" - Qara Qarayev

Azərbaycan millisinin futbolçusu Qara Qarayev yığmanın AVRO-2020-nin seçmə mərhələsində sabah Macarıstana qarşı keçirəcəyi matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, əvvəlcə görüş barədə fikirlərini bildirdi..

- Sabahkı oyun bizim üçün çox əhəmiyyətlidi. Rəqibin hansı gücdə olduğunu bilirik. Xorvatiyanı məğlub etməsi Macarıstanın səviyyəsini göstərir. Komanda olaraq oyuna hazırıq. Azarkeşlərimizin önündə yaxşı nəticə qazanmaq istəyirik. Evdə oynamaq amilindən də yararlanıb, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

- Təxminən 1 aya yaxın hazırlıq keçdiz. Çatışmayan nəsə var? Məğlub olsaz, bunu nə ilə izah edəcəksiz?
- Neqativə köklənmək istəmirik. Bütün nəticələr mümkündü. İstənilən hesab üçün bəhanə axtarmaq fikrimiz yoxdu. Məğlub olsaq, deməli hər hansısa çatışmazlığımız var. Qalib gələcəyimiz təqdirdə də çatışmazlıqlarımızı axtaracağıq ki, daha güclü olaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right