"Azərbaycana qalib gəldiyimiz üçün qürur duyuram"

"Güclü rəqibə qarşı oynadıq. Qələbə qazandığımız üçün qürur duyuram. Oyun gününə kimi bu nəticəni əldə etmək üçün çox işlədik. Yeni tarix yaza bilməyimizdən şadam. Əminəm ki, bu komanda daha artığını bacara bilər".

Newsport.az-ın məlumatına görə, bu sözləri Lixtenşteynin U-21 millisinin baş məşqçisi Martin Ştoklaza Avropa çempionatının seçmə mərhələsində yığmamıza 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, komandanın qapıçısı Armando Mayerə xüsusi təşəkkür edib: "O, bu matçda bir neçə çətin vəziyyətdə bizi xilas etdi. Ümumiyyətlə, hamı yaxşı oynadı. Qazandığımız üç xal komandanın ab-havasına müsbət təsir edəcək".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right