Aleksandr Çeferin Bakı finalından danışdı: "Bəli, stadion dolmamışdı"

UEFA-nın prezidenti Aleksandr Çeferin Bakıda keçirilən Avropa Liqasının "Çelsi" - "Arsenal" finalı ilə bağlı danışıb.

Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri həlledici görüşdə az azarkeşin gəlməsi ilə bağlı səslənən tənqidi fikirlərə münasibət bildirib:

- Bakı seçiminin səhv olduğunu sanmıram. Futbol bir ehtiras və inkişafdır. İnsanların finala gəldiyini görməlisiniz. Stadionun dolu olmadığını deyirlər. Bəli, bu, belə idi. Ancaq Avropa Liqasının finalları tarixində ən çox azarkeş sayı qeydə alınan 3-cü oyun oldu. Bizim futbolu hər yerdə inkişaf etdirmək istəyimiz var. Bura ancaq böyük ölkələr daxil deyil. İnkişafa ehtiyac var.

- Azərbaycanda insan hüquqları kobud şəkildə pozulur. AÇ-2020-nin dörd oyunu Bakıda təşkil ediləcək. UEFA ev sahiblərini seçərkən protokollarına "insan hüquqları" hökmünü əlavə edib. Bu protokol daha öncə yox idi.

- Artıq bizdə belə bənd var. Daha öncə yox idi. Əlbəttə, biz bunu tətbiq edəcəyik.

Çeferin Azərbaycanda insan hüquqlarının pozulub-pozulmamasına şərh bildirmək istəməyib: "Bu, çox həssas mövzudur. İnsan hüquqlarının pozulmadığı yerlərdə finalları təşkil etmək seçimlərdədir".

- Erməni futbolçu Henrix Mxitaryanın Bakıdakı finalda oynamaması utandırıcı hal deyildi?

- Xeyr! Çünki Azərbaycan hökumətindən bütün təhlükəsizlik təminatını aldıq. Ancaq yekunda futbolçunun Bakıya səyahət etməmək istəyinə hörmətlə yanaşıram. Azərbaycandan hər bir detala kimi təhlükəsizliyi təmin etmələrini istədik və həqiqətən də onlar bunu etdi. Yaxşı, siz nə təklif edirsiniz? Təhlükəsizlik təmin olunubsa, final baş tutmamalıdır? Bir həftə öncə nəsə dəyişmək mümkün deyil.

Bakıda keçirilən Avropa Liqasının finalıdan "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub etmişdi. Bakı Olimpiya Stadionunda 51 min 370 azarkeş qeydə alınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right