Milli üzvü 90 dəqiqə oynadı, komandası qalib gəldi

Litva I liqasında VIII turun oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Quliyevin çıxış etdiyi “Jonava” klubu səfərdə “Pakruoyis”in qonağı olub. 

 

Görüş Quliyevin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ Futbol Akademiyası”nın yetirməsi 90 dəqiqə meydanda olub. 

 

Qeyd edək ki, 8 turdan sonra aktivində 14 xal olan “Jonava” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right