"Əlimizdən gələni edəcəyik ki, mövsümü titulla başa vuraq" - Sənan Qurbanov

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Newsport.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis oyunu şərh edib: 

 

“Çempionatın son oyunu idi. Uduzmaq istəməzdik. Kubokun finalına hazırlıq üçün yaxşı əhval-ruhiyyə lazım idi. Lakin alınmadı. Zədədən əziyyət çəkən oyunçularımıza istirahət verdik. Bu gün gənc futbolçular istəkli idilər. Qol epizodlarımız oldu, istifadə edə bilmədik. Rəqib yaratdığı qol imkanından yararlandı və qalib gəldi. İrəli baxacağıq. Son oyunumuz var. Titul qazanmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, mövsümü titulla başa vuraq”. 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right