Yığmamız Almaniyaya qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Salou şəhərində təşkil olunmuş “ANOC World Beach Soccer Games” turnirində növbəti oyununu keçirib. Newsport.az xəbər verir ki, yığmamız Almaniya ilə qarşılaşıb.

Görüş futbolçularımızın 5:4 hesablı qələbəsi ilə nəticələnib. Sabir Allahquliyevin het-trik etdiyi oyunda Asif Zeynalov və Əbdül Əliyev hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk iki oyunda Ukraynaya (4:6) uduzub, Norveçə (3:2) isə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right