"Bakıya gedəcəyim üçün xoşbəxtəm" - Petr Çex

“Əvvələr heç vaxt Bakıda olmamışam. Ora gedəcəyim üçün həqiqətən çox xoşbəxtəm”.

Newsport.az xəbər verir ki, bu sözləri "Arsenal”ın qapıçısı Petr Çex Avropa Liqasının yarımfinalında  “Valensiya” ilə səfər oyunundan (4:2)  sonra "BBC"yə açıqlamasında deyib.

37 yaşlı qolkiper finalda - sabiq komandası "Çelsi" ilə qarşılaşmada təcrübənin öz sözünü deyəcəyini bildirib: “Arzularınızın həyata keçməsi üçün özünüzə inanmalısınız. Əzmlə çalışmaqla yanaşı, inam da vacibdir. Belə bir fantastik komanda və azarkeşləri qələbəyə layiqdirlər. Bunun üçün bir addım qalıb. Belə oyunlarda təcrübə öz sözünü deyə bilər. Çünki hər iki komanda təzyiq altında olacaq".

Qeyd edək ki, Avropa Liqasında bu mövsüm “Qarabağ”la eyni qrupda yer alan London klubunun qapıçısı zədə səbəbindən Bakıya gələ bilməmişdi.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right