Riçard Almeyda: "Adamı təxribata çəkməyi xoşlayır"

"Qarabağ" Azərbaycan kubokunun yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə "Qəbələ" ilə dueldə mübarizəni dayandırıb.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb. 29 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:
 
- Bu gün çox gözəl oyun nümayiş etdirdik. Kollektiv olaraq baş məşqçinin bütün istədiklərini yerinə yetirməyə çalışdıq. Fikrimcə, bu, bizdə alındı. Ancaq futboldur, bir səhv və finala adlaya bilmədik. “Qəbələ”ni təbrik edirik. 3 gün sonra “Səbail”lə vacib oyunumuz var. Həmin qarşılaşmaya köklənməliyik.
 
- Həmin matç yarımfinaldan daha vacibdir?
- Xeyr, bütün oyunlar vacibdir. Təəssüf ki, bir səhvə görə finala çıxa bilmədik. Qarşılaşmalara ciddi yanaşırıq.
 
- Komandada məyusluq görünmür. Naxçıvana getməyə həvəsiniz yoxdur?
- Kim finalda oynamaq istəməz?
 
- Hər iki qoldan sonra “Qarabağ”da boşluqlar yarandı. Bu, rahatlaşmağınıza görə idi?
- “Qəbələ” ümidlərini əks-hücumlara bağlamışdı. Bizim bir neçə qol şansımız oldu. 3-4-cü qolları da vura bilərdik.
 
- Çempionluq titul baxımından önəmlidir, yoxsa rəqibin bu yarışda “Neftçi” olması siiz motivasiya edir?
- Futbolçu hər zaman titul qazanmaq istəyir. “Neftçi” və ya digər rəqiblərin olması fərq etmir. Titul daha önəmlidir.
 
- Azarkeşlər arasında mübahisələr komandalar arasında yoxdur?
- Onların arasındakı mübahisələr bəzən söyüşə qədər davam edir. Futboçular meydanda bir-birinə hörmət etməlidir. Tək “Neftçi” deyil, “Qəbələ” də bizim rəqibimiz sayılır.
 
- Miçellə Stankoviçin münaqişəsində nə baş vermişdi? Elə sən də Stankoviçlə mübahisə etdin.
- Miçel bir az çılğındır. Stankoviç də təxribata çəkməyi xoşlayır. Futbolda uduzmağı da bacarmaq lazımdır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right