"Qarabağ"dan asan qələbə, "Neftçi" şok məğlubiyyət aldı Yenilənib

Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, əvvəlcə lider "Qarabağ" "Zirə"nin qonağı olub. 3 cavabsız qolla qalib gələn Ağdam klubu xalını 60-a yüksəlib və zirvədə möhkəmlənib.

Günün ikinci matçında "Sabah" son pillədə qərarlaşan "Keşlə"ni qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Daha bir oyun Bayılda keçirilib. Bürünc medallar uğrunda mübarizə aparan "Qəbələ" və "Səbail" münasibətlərinə aydınlıq gətiriblər. 2:1 hesabı ilə qalib gələn meydan sahibi 3-cü pillədə möhkəmlənib. "Qəbələ" isə bürünc medal şansını xeyli azaldıb.

Turun son oyununda isə "Neftçi" "Sumqayıt"la qarşılaşıb. 2:3 hesabı ilə məğlub olan "ağ-qaralar" çempionluq yolıunda ciddi zərbə alıb. Sona iki tur qalmış Roberto Bordinin komandası "Qarabağ"dan 5 xal geri qalır.

Azərbaycan Premyer Liqası
 

26-cı tur
27 aprel

19:00. “Neftçi” – “Sumqayıt” - 2:3 
Qollar:
 Ruslan Abışov, 8(1:0), Əmir Ağayev, 31 (1:1),Ülvi İsgəndərov, 42 (1:2), Baqali Dabo, 72 (2:2), Murad Xaçayev, 77 (2:3)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”

16:30. “Zirə” – “Qarabağ” - 0:3
Qollar:
 Dani Kintana, 21 (0:1), Filip Ozobiç, 28 (0:2), Mahir Mədətov, 79 (0:3)
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu

17:00. “Sabah” – “Keşlə” - 1:1
Qollar:
 Marko Deviç, 58-penalti (1:0), Conatan Ayite, 90+4 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
“Əlincə Arena”

17:30. “Səbail” – “Qəbələ” - 2:1
Qollar:
 Fəhmin Muradbəyli, 19 (1:0), Ağabala Ramazanov, 24 (2:0), Bəhlul Mustafazadə, 41 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“ASCO Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right