"Spartak" Ayaz Quliyevi əfv etdi

Bir neçə gün öncə Moskvada amerikalı turistin burnunu qırdığı üçün "Spartak"ın əvəzedici heyətinə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyevlə bağlı yeni qərar verilib.

 

Newsport.az championat.com-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi əsas komandaya qaytarılıb. Ayaz ötən gün komandanın məşqində iştirak edib.

 

Qeyd edək ki, Quliyev turistin burnunu qırdığı üçün klubundan 5 milyon rubl (77 min dollar) məbləğinda cərimələnib. Bundan əlavə, Ayaz zərərçəkənə 155 min rubl (2,5 min dollar) təzminat ödəyib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right