Klublar Komitəsində bu gün: Obradoviç limitin dəyişdirilməsini təklif edib

Bu gün Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, tədbirdə Premyer Liqa klublarının hamısının nümayəndələri iştirak edib.

 

Müzakirəyə çıxarılan məsələlər sırasında ilk olaraq növbəti mövsümdə 1 gənc futbolçunun yaş limiti ətrafında fikir mübadiləsi aparılıb. Tədbirə qatılan U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç də qatılıb. Serbiyalı mütəxəssis limitin 1998 təvəllüd və daha gənclərə şamil edilməsini istəyib. O, daha bir yenilik təşəbbüsü ilə də çıxış edib. Söhbət meydanda eyni zamanda 1 yox, 2 1998 təvəllüdlü və gənc futbolçunun start heyətində meydançaya çıxmasından gedir.

 

Oyunların başlama saatı da müzakirə olunub. Buna səbəb havaların istiləşməsidir. Klublar qarşılaşmaların bir qədər gec başlamasını istəyib. Bu da təbiidir. Hər halda, havanın hərarəti 30-35 dərəcəyə qədər qalxdıqdan sonra meydanda mübarizə aparmaq olduqca çətin olacaq.

 

Tədbir iştirakçıları İntizam qaydalarının müəyyən bəndlərinin müzakirəyə çıxarıb və qərara alınıb ki, həmin bəndlərə yenidən baxılması üçün müvafiq qurumlara müraciət edilsin.

 

Əlavə edək ki, mayın 14-də Klublar Komitəsinin növbəti iclasının keçirilməsi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right