Aqolli "Qarabağ"da vida oyununa çıxır

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bu gün Ağdam klubunda son matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı futbolçu üçün Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail"lə səfər matçı "Qarabağ"da vida görüşü olacaq.

Sözügedən matç "Bayıl Arena"da, saat 16:45-də başlayacaq.

Albaniya millisinin sabiq üzvü ABŞ-ın "Nyu-Yorl Kosmos" klubu ilə anlaşıb.

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right