"Azərbaycanla oyunun favoriti bizik" Zlatko Daliç

“Bizim hazırlaşmaq üçün vaxtımız çox deyil. Ciddi və məsuliyyətli olmalıyıq”.

Newsport.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu gün keçirdiyi mətbuat konfransında deyib.

AÇ-2020-nin seçmə mərhələsində millimizlə keçiriləcək oyun barədə danışan çalışdırıcı komandasının favorit olduğunu bilidirib: “Oyunun favoriti bizik. Ancaq biz peşəkarcasına davranmasaq, sonda problemlə qarşılaşarıq. Oyuna və topa nəzarət bizim əlimizdə olmalıdır. Üstün olacağımızı, ancaq rəqibin güclü müqaviməti ilə üzləşəcəyimizi deyə bilərəm”.

Daliç həmyerlisi Nikola Yurçeviçin millimizə yeni baş məşqçi təyn edilməsinə də toxunub:"Yurçeviç orda olduğundan, bizə çətin olacaq. Ancaq buna fikir verməli deyilik. Bizə qələbə lazımdır. Dolu tribunalar önündə bizə heç kim heç nə edə bilməz".

Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı martin 21-də Zaqrebdəki  "Maksimir" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right