"Zirə" "Qəbələ"yə, "Keşlə" "Qarabağ"a qarşı Yenilənir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son iki oyunu keçiriləcək.

Newsport.az-ın məlumatına görə, əvvəlcə "Zirə" və "Qəbələ" komandaları üz-üzə gələcək. Zirə Olimpiya Kompleksinin stadionundakı qarşılaşmanı baş hakim qismində İnqilab Məmmədov idarə edəcək.

Günün son oyununda isə "Keşlə" "Qarabağ"ı qonaq edəcək. "ASK Arena"da təşkil olunacaq qarşılaşmaya baş hakim qismində keçmiş FIFA referisi Orxan Məmmədov təyinat alıb.

Azərbaycan Premyer Liqası, XIX tur
3 mart (bazar)

15:00. “Zirə” – “Qəbələ”
Hakimlər
: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

17:30. “Keşlə” – “Qarabağ”
Hakimlər:
Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev

“ASK Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right