Rəşad Sadıqov "Torpaqlarımız işğal olunub" dedi, efirə verilmədi

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov haqqında "Matç TV"yə süjet yayımlanıb. 
 
Newsport.az-ın məlumatına görə, həmin videoda futbolçu Ağdam klubunun ölkə üçün əhəmiyyətindən danışıb. 

Bu videonu ilk olaraq “Qarabağ”ın rəsmi "Facebook" səhifəsi paylaşıb. Videoda diqqəti bir məqam çəkir. Bu görüntü peşəkar operator deyil, üçüncü bir şəxs tərəfdən mobil telefonla çəkilib. Ağdam klubunun səhifəsi də Sadıqovun işğal altındakı ərazilərimizlə bağlı fikrini Xocalı soqyırımının 27-ci ildönümü günündə paylaşıb.

Müsahibə özü ötən ilin oktyabrında, London “Arsanal”ı ilə Bakıdakı oyundan əvvəl götürülüb. Əslində, Rəşadın bu fikirləri Rusiya kanalında yayımlanmayıb. Ehtimal etmək olar ki, “Qarabağ”ın kapitanı Azərbaycan ərazilərinin işğal olunduğunu dediyi üçün efirə verilməyib.

Rəşad Sadıqovun senzuraya qalan fikirlərinin videosu:

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right