Vüqar Nadirov "Baku"dan ayrıldı

Millimizin sabiq üzvü Vüqar Nadirov yeni qərar verib.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçu Region Liqa təmsilçisi "Baku"dan ayrılıb. Nadirov mövsümün əvvəlində keçdiyi klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, Vüqar Nadirov karyerası ərzində “Qarabağ”, “Karvan”, “Masallı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, "Səbail" kimi klublarda çıxış edib. Vüqar milli komandamızın heyətində 61 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right