"Artıq bir yox, iki sevgilim var" Təmkin Xəlilzadə ata oldu FOTOLAR

Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Təmkin Xəlilzadə ata olub. 

Newsport.az saytı xəbər verir ki, bu barədə müdafiəçi özü instaqram hesabı vasitəsilə məlumat yayıb.

Belə ki, Xəlilzadənin qız övladı dünyaya gəlib. Övladına Adel adını verən 25 yaşlı oyunçu hisslərini bölüşüb:

“Qəribə hisslərdi... Bapbalaca, heç tanımadığın birini qucağına verirlər. Baxıb görürsən ki, necə də sənə bənzəyir. Allahın möcüzəsidi mənim üçün. Bu gün sanki mənə bənzəyən biri var dünyada. Ona baxdıqca özümü görürəm. Ağzı, burnu, gözləri mənə bənzəyir. Ona baxdıqca hələ həyatımın yenidən başladığını və onun üçün daha da var gücümlə çalışacağımı görürəm. Adel, mənim bapbalaca, mənə oxşar qızım, dünyamıza xoş gəldin. Mən hər zaman sənin qərarlarını dəstəkləyəcəm, ayaqlarını yerə bərk basmağın və cəmiyyətdə hər zaman yerinin olması üçün arxandan bir an olsun çəkilməyəcəyəm! Artıq bir yox, iki sevgilim var. Həyatımda iki sevdiyim xanım var. Sizi çox sevirəm!”

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right