Millimizin rəqibi Gürcüstanla qarşılaşacaq

AVRO-2020-nin seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Xorvatiyanın daha bir rəqibi müəyyənləşib. Newsport.az-ın Xorvatiya Futbol Federasiyasının tvitter səhifəsinə istinadən məlumatına görə, "damalılar" Gürcüstanla yoldaşlıq görüşü keçirəcəklər.

Qarşılaşma noyabrın 19-da - seçmə mərhələnin son oyun günündə baş tutacaq. Görüşün keçiriləcəyi stadionla bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Xorvatiya qrup mərhələsinin ilk oyununu martın 21-də Azərbaycan millisinə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right