Kapitanlığı alınan İkardi “İnter”in heyətindən kənarlaşdırıldı

İtaliyanın “İnter” klubu müqaviləni uzatmaqla bağlı razılığa gələ bilmədiyi Mauro İkardidən kapitanlıq bazubəndini aldı.

Newsport.az  xəbər verir ki, argentinalı hücumçu Milan təmsilçisinin Avropa Liqasının 1/16 final mərhələsində Vyana “Rapid”i ilə keçiriləcək görüşün iştirak ərizəsinə salınmayıb.

25 yaşlı forvardın "İnter"lə 2021-ci ilə kimi müqaviləsi var.

Qeyd edək ki, 2013-cü ildə “Sampdoriya”dan transfer edilən futbolçu 210 oyuna 122 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right