Şeydayev Latviya klubuna qarşı oynamadı

Türkiyədə təlim-məşq toplanışında olan "Krılya Sovetov" növbəti yoxlama oyunu keçirib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Latviya "Spartak"ı ilə qarşılaşıb. Görüş Rusiya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü sözügedən qarşılaşmada iştirak etməyib. Onun bu gün "Kaysar"a (Qazaxıstan) qarşı keçiriləcək növbəti yoxlama matçında oynayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right