Dadaşovlu “Eştoril” “Braqa” üzərində qələbəyə sevindi

Futbol üzrə Portuqaliya Sequndasında 19-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Braqa”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

“Eştoril” 19 oyuna topladığı 33 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right