Badrinin oğlu “Lokomotiv”də

Milli komandamızın keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça son Rusiya çempionu "Lokomotiv"ə keçir. "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin rəhbərlik etdiyi Moskva klubu fevralın 12-si hazırda "Rustavi"də çıxış edən futbolçuyla müqavilə bağlayacaq.
 
Belə ki, məhz həmin tarixdə Xviça Kvaratsxeliyanın 18 yaşı tamam olacaq və həmin gündən peşəkar müqavilə bağlaya biləcək.
 
Qeyd edək ki, Azərbaycan çempionatının bombardiri, ölkə çempionu və kubokun qalibi olmuş Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan milli komandasının da şərəfini qoruyub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right