“Qurban Qurbanovu aldatmışam” Kamran Ağayev+Video

Azərbaycan millisinin və “Keşlə”nin qapıçısı Kamran Ağayev “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olub. Newsport.az-ın məlumatına görə, təcrübəli qolkiper bir çox məsələlər haqqında açıqlama verib. 

O, yığma komandanın  Millətlər Liqasında keçirdiyi Kosovo ilə səfər matçına (0:4) getməməsinə görə yaranan söz-söhbətlərə münasibət bildirib. Ağayev həmin vaxt heç kimdən sifariş almadığını və zədəli olduğunu bildirib. O, həmçinin Qurban Qurbanovu aldatdığını bildirib:

“Həmin matçdan öncə zədəli idim. Sadəcə bunu Qurban Qurbanovdan gizlətmişdim. Etiraf edirəm ki, onu aldatmışam. Amma burda səhv etmişəm. Bilirəm ki, Qurbanov səfərə getməməyimə görə məndən incimişdi. Bununla bağlı danışdıq. Ona dedim ki, mən düşünmədim getməməyim komandaya təsir edər. Siz mənə desəydiniz ki, “gəl səfərə” gələrdim. Amma özüm bunu düşünmədim”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right