"Sumqayıt" "Qarabağ"la qarşılaşacaq

I Divizionun lideri olan "Sumqayıt"ın əvəzediciləri çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Elbrus Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə olmaqla "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqlərini həyata keçirir.

Hazırlıq dönəmində "Sumqayıt-2" 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 17-də Region Liqası təmsilçisi "Uğur", 24-də "Şahdağ", 26-da 1-ci divizion təmsilçisi "Qarabağ-2", 31-də isə "Səbail-2" ilə hazırlıq matçları keçirəcək.

Beşinci rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right