"Qəbələ"nin legioneri: "Təklif alsam, müsbət cavab verərəm"

"6 aydır ki, Azərbaycan çempionatında çıxış edirəm. Hələ ki, qol hesabını aça bilməmişəm. Bəlkə də bu daha çox müdafiə xəttinin önündə oynamağımla bağlıdır. Bir az da bəxtim gətirmir, çünki iki dəfə vurduğum top qapı dirəyinə tuş gəlib. Ümid edirəm ki, mövsümün ikinci hissəsində fərqlənə biləcəm".

Newsport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin albaniyalı futbolçusu Sabien Lilay "newsport.al" saytına açıqlamasında söyləyib. 29 yaşlı yarımmüdafiəçi "Qəbələ"nin mövsümün ilk yarısındakı çıxışını dəyərləndirib: "Mövsümün ilk yarısında 17 xal toplayacağımızı gözləmirdim. Komandada çox dəyişiklik olub. Yeni baş məşqçi gəlib. İlk mərhələdə xeyli problemimiz oldu. İkinci dövrədə komandada irəliləyiş oldu, çünki artıq futbolçular bir-birilərini daha yaxşı tanıyırdılar. İnanıram ki, mövsümün ikinci yarısı uğurlu alınacaq".

Lilay "Qarabağ"da çıxış edən milli komanda yoldaşı Ansi Aqolli ilə qarşılaşmaları barədə danışıb: "Qarabağ" çempionatın ən yaxşı komandasıdır. Ardıcıl bir neçə ildir çempion olurlar. Oynamağa hazır 30 futbolçusu var. Bu komanda ilə digərləri arasında fərq böyükdür. Aqolli ilə növbəti qarşılaşmamızda, ümid edirəm ki, 1:4 hesablı məğlubiyyətin revanşı alaram".

Albaniya millisinin üzvü sabiq klubu "Skenderbeu"ya qayıtmaq ehtimalına da münasibət bildirib: "Düzünü deyim, Albaniya çempionatının oyunları izləməyə imkanım olmur. Yalnız istirahət üçün ölkəyə gəldiyim zaman "Kamza" ilə "Skenderbeu" arasındakı qarşılaşmanın bir hissəsinə baxdım. "Skenderbeu" 0:1 hesabı ilə məğlub oldu. Açığı, heç də yaxşı oyun deyildi. Mümkün olduğu qədər Albaniya çempionatı barədə məlumat toplamağa çalışıram. "Skenderbeu"dan təklif alsam, müsbət cavab verərəm. "Skenderbeu" mənim ailəm, evim, doğulduğum şəhərdir. Böyük məmnuniyyətlə, yenidən ora qayıdardım. Ümid edirəm ki, geri dönəcəyəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right