“Ən çətin rəqibim Mbappe olub” “Qarabağ”ın legioneri

"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev sosial şəbəkədə azarkeşlərin suallarını cavablandırıb. Newsport.az-ın məlumatına görə, müxtəlif mövzularda danışan futbolçu maraqlı fikirlər səsləndirib.

- Sizə görə, dünyanın ən yaxşı klubu hansıdır?

- "Liverpul".

- Meydanda ən çətin rəqibiniz kim olub?

- Kilian Mbappe.

- Ronaldo, yoxsa Messi?

- Kriştiano.

- Sizin üçün "İmarət Tayfa" nə deməkdir?

- Futbolun məqsədi.

- İstirahət üçün ən yaxşı yer.

- Dubay.

- "Qarabağ"ın ən güclü futbolçusu kimdir?

- Mahir Mədətov, Abdulla Zubir, Yakub Jezniçak, Dani Kintana, Qara Qarayev, Araz Abdullayev, Miçel, Donald Gerye, Filip Ozobiç.

- Bolqarıstanın tarixində ən yaxşı futbolçu.

- Xristo Stoiçkov.

- Bakı, yoxsa Dubay?

- Bakı.

- Kriştiano Ronaldo haqda nə düşünürsünüz?

- Futbol tarixində ən qüsursuz futbolçu.

- Zubir, yoxsa Modriç?

- Zubirin driblinqi Modriçdən daha yaxşıdır.

- "Qarabağ"da xoşbəxtsiniz?

- Bəli.

- Hansı bolqar futbolçu ilə "Qarabağ"da oynamaq istərdiniz?

- Dimitar Evtimov, Bojidar Çorbadjiyski, Milen Qamakov və Georgi Milanovla birlikdə.

- Daha güclü komandada oynaya bilərsiniz?

- Bəli, amma bunun üçün çox çalışmaq, daha istəkli olmaq lazımdır. Həm də yaxşı menecerə sahib olmalısan.

- Bolqarıstana qayıtmaq barədə düşünürsünüz?

- Hələlik, belə bir planım yoxdur. Amma gələcək nəyin necə olacağını kimsə heç kim bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right