"Qəbələ"nin futbolçusu olmaq istəyənlərin nəzərinə

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir.

Newsport.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda 2019-cu il yanvarın 12-də 2002-2010-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 055 511 39 65 

Email: [email protected]  

Seçim tarixi: 

Qəbələ Şəhər Stadionu 

12 yanvar – 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu il təvəllüdlü futbolçular 

Seçimlər saat 10:00-da başlayacaq. İlkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. 

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right