"İki cəbhədə mübarizə aparmağa gücümüz yoxdur" - Aftandil Hacıyev

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə "Bayıl Arena"da uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
 
Newsport.az xəbər verir ki, gənc mütəxəssis ilk olaraq oyun haqda danışıb.
 
- Maraqlı oyun alındı. Planımızda erkən qol vurmaq idi ki, buna nail olduq. Eyni zamanda qapımızı toxunulmaz saxlamalı idi. Ancaq cavab oyununda buna nail olmaq çətindi. Bu, böyük diqqət tələb edir. Bunu edə bilmədik. Bir neçə futbolçumuz ağrıkəsici iynə ilə meydana çıxmışdı. Onlara təşəkkür edirəm. Zədəylə bağlı itkilərimiz var idi. Bugünkü gündə iki cəhbədə oynamağa hazır deyilik. Qışdan sonra bütün diqqətimizi çempionata yönəldəcəyik. İstirahətə ehtiyacımız vardı.
 
- Çempionatda bir müdddətdi fasilədi. Kuboka köklənmək baxımından hansı problemlər vardı?
- Birinci qarşılaşmanı ilk hissədən 10 nəfərlə oynamışdılq. Hakim diqqətli olsaydı, rəqib də 10 nəfərlə oynamalı idi. Həmin matçda qırmızı vərəqə almalı olan Adrian Skarlatake bu gün meydanda olmalı deyildi. Ancaq bununla "Zirə"nin qələbəsinə kölgə salmaq istəmirəm. Heyətimz kasaddı, ancaq şikayət etmirəm. Yarımfinala çıxsaydıq belə, iki cəbhədə oynamağa gücümüz yoxdu.
 
- Qışda hansı transferləriniz olacaq?
- Ehtiyat qüvvəmizin yoxluğunu demək də düzgün olmazdı. Sadəcə, bir neçə futbolçumuz qış fasiləsinədək sıradan çıxdı. Futbolda əvvəldən dəqiq bir şey demək çətindi. Sadəcə, son oyunları zədəsiz çıxmaq istəyirdik. Rəhbərliklə də söhbətimiz olacaq. Gedənlər və gələnlər olacaq. 
 
- Kubokda qırmızı vərəqə almaqla komandanı çətin vəziyyətə qoyan makedoniyalı legioner Tome Kitanovskiylə yollarınızı ayıracaqsınız?
- Onunla ciddi söhbətim oldu. Mövsümün ilk yarısında özünü həqiqətən intizamsız futbolçu kimi göstərdi. Ancaq oyunçu keyfiyyətlərindən razıyıq deyə hələ yekun qərarımızı verməmişik. Tome ciddi cəriməsini aldı. İntizamsızlığını bir daha təkrarlamayacağını dedi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right