Kamran Ağayev və Zaur Axundova görə pul cəzası

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar çıxarılıb.

“Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində “Səbail”in futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 1-ci hissəsi başa çatdıqdan sonra “Sumqayıt”ın məşqiçisi Elnur Çodarov və “Neftçi”nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanıb, hər iki klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə”nin futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right