Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələnlər və…

Bu həftə futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Newsport.az xəbər verir ki, bu mərhələdə yalnız Topaz Premyer Liqası təmsilçiləri mübarizə aparacaq. 

Üz-üzə gələcək cütlərdən birindəki rəqiblər əvvəllər də qarşılaşıb. Digər cütlər ilk dəfə kubokda görüşəcək.

Azərbaycan kuboku
1/4 final

15-19 dekabr

“Neftçi” - “Sumqayıt” (İndiyədək qarşılaşmayıblar)

“Zirə” - “Səbail” (İndiyədək qarşılaşmayıblar)

16-20 dekabr

“Qəbələ” - “Sabah” (İndiyədək qarşılaşmayıblar)

“Qarabağ” - “Keşlə” (7 oyun, +4=1-2, top fərqi 9-5)

Komandaların kubokdakı yolları indiyədək 4 dəfə kəsişib. Bunların ikisində paytaxt təmsilçisi, ikisində Ağdam klubu dueldən qalib ayrılıb. Bu duellər çərçivəsində 7 matç baş tutub. Son 3 oyunda “Qarabağ” qol buraxmadan qələbə qazanıb.

2004/05
1/8 final

Qarabağ (Ağdam) - İnter (Bakı) 1:0, 0:2

2007/08
1/4 final

Qarabağ (Ağdam) - İnter (Bakı) 2:2, 0:1

2008/09
Final

İnter (Bakı) - Qarabağ (Ağdam) 0:1

2015/16
1/2 final

İnter (Bakı) - Qarabağ (Ağdam) 0:4, 0:1

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right