"Sumqayıt"da Əfran İsmayılov problemi

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" oyunun hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, komanda Ayxan Abbasovun rəhbərliyi altında bu gün növbəti məşqini keçirib. Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə qarşılaşmada zədə alan Əfran İsmayılov məşqdə iştirak etməyib. Xəyal Nəcəfovla Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa, əvəzedici heyətdən Baxşəli Baxşəliyev, Səbuhi Abdullazadə və Tural Bayramlı əsas komandanın hazırlıq prosesinə cəlb olunub. Təxminən, 1,5 saat davam edən məşqdə öncə fiziki, ardınca isə toplu hərəkətlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 15 dekabr, saat 19:00-da "Bakcell Arena"da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right