Elşad Əhmədov: "Kimlərin gedəcəyini müəyyənləşdirmişik"

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XIV turunda “Keşlə”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, Əhmədov öncə məğlubiyyəti şərh edib:

- Oyuna çox zəif başladıq. Müdafiədən çıxa bilmirdik. Çatışmayan cəhətlərimiz var idi. Rəqib boşluqlarımızdan istifadə edib qollarını vurdu. İkinci hissədə yaxşı oynasaq da, xal qazanmağa vaxtımız çatmadı. “Keşlə”ni təbrik edirəm.

- Marko Deviçin olmaması planlarınız pozdu?

- Deviç olmayanda Cavidi hücumçu kimi oynadırıq. Onun yoxluğu bizim planlarımızı pozdu.

- Son nöqtəni qoymaqda çətinlik çəkirsiniz. Bunun səbəbi nədir?

- Bizim əsas hücumçumuz Marko Deviç zədəli idi. Cavan futbolçulara şans veririk. Türal Qürbətov şanslardan istifadə edə bilmir. Birinci hissədə qol vursaydıq, ikinci hissədə qələbə üçün oynaya bilərdik.

- Qış fasiləsində komandadan gedəcək futbolçuları müəyyənləşdirmisiniz?

- Kimlərin gedəcəyini müəyyənləşdirmişik. Hücum xəttində problemlərimiz var. Mövsümün əvvəlində heç kim “Sabah”a gəlmək istəmirdi. Heyətdə dəyişikliklə edəcəyik .





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right