"Neftçi"nin legioneri: "Bizim kimi çempionluq qazanmaq istəyən komanda imkan daxilində..."

"Neftçi"nin braziliyalı legioneri Dario Frederiko Braziliya mətbuatına danışıb. Newsport.az xəbər verir ki, cinah yarımmüdafiəçisi Topaz Premyer Liqasının son turunda "Sabah"ı səfərdə 9 nəfərlə 2:1 hesabıyla məğlub etdikləri matçı şərh edib: "Hələ ilk hissədə 2 qol vuraraq fasiləyə üstünlüklə yollandıq.

 

Ancaq bu zaman 10 nəfərlə idik. İkinci hissədə  rəqibdən də futbolçu qovuldu, ancaq sonradan biz yenidən azlıqda qaldıq. Buna baxmayaraq, qələbə hesabını qoruya bildik. Bu, çətinlikldə əldə olunan qələbə idi. Ancaq bizim kimi çempionluq qazanmaq istəyən komanda imkan daxilində daha çox qələbə qazanmalıdı. Hətta rəqib say üstünlüyünə malikdirsə".

 

Qeyd edək ki, "Neftçi" "Əlincə Arena"dakı qarşılaşmada müdafiəçisi Tural Axundovla fransalı bombardiri Baqali Dabonu 2-ci sarı vərəqə üzündən qovulmalarına görə itirib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right