Aftandil Hacıyev: "Onun əvvəl də səhvləri olmuşdu"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Hacıyev öncə yenilgini şərh edib:

– “Sumqayıt”ı təbrik edirəm. Uzun müddətdən sonra öz meydanlarına qayıtdılar. Maraqlı oyun alındı. Hər iki tərəf məğlub olmaq istəmirdi. İtkilərimiz var idi. Futbolçularımdan razı qaldım. Bu qədər itki ilə meydana çıxsaq da, yaxşı oynadıq. Ən azından məğlub olmaq istəmirdik. Qarşıdakı oyunlara baxmalıyıq.

– Komanda meydanda istəksiz görünürdü. Maaş problemi olduğu deyilirdi, lakin mətbuat xidməti bunu təkzib etdi. İstəksizlik nə ilə bağlıdı?
– İstəksiz olduqlarını deməzdim. Kapitanımızın üzüntüsü futbolçulara da təsir etmişdi. Fərdi səhvdən qol buraxdıq.

– Emil Balayevin səhvi nəylə bağlıydı?
– Meydançanın ot örtüyünə alışmamışıq. Futbolda da çox vaxt rəqibin səhvindən qol vurulur. Bu gün də biz səhv etdik, “Sumqayıt” bizi cəzalandırdı.

– Oyundan sonra Emilə nə isə dedizmi?
– Xeyr. Heç nə demədim. Əvvəl də səhvləri olmuşdu. Futbolda belə hallar olur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right