Rüfət Dadaşovun durumuna tam aydınlıq gəldi: Əməliyyyat olunacaq?

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun durumuna tam aydınlıq gəlib. Newsport.az-ın məlumatına görə, Almaniyanın "Proyssen" klubunun üzvü əməliyyat olunayacaq.  

27 yaşlı oyunçu III Bundesliqanın ötən turunda Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşmada zədələnib. Münster klubunun 3:0 hesabı ilə qalib gəldiyi görüşün ikinci hissəsində meydana daxil olan Dadaşovun əzələsində problem aşkarlanıb. O, üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Rüfətin zədələnməsi son iki aydakı sıx təqvimlə əlaqəlidir. Oktyabr və noyabr aylarında klubu ilə yanaşı, Azərbaycan millisinin heyətində də iştirak etməsi onun həddən artıq yüklənməsinə yol açıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right