"Sportinq" Bakıya 18 futbolçu ilə gəlir - 4-ü qapıçıdır

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Sportinq" Bakıya cəmi 18 futbolçu ilə gələcək.
 
Newsport.az xəbər verir ki, komandanın baş məşqçisi Marsel Keyzerin sifariş ərizəsinə daxil etdiyi futbolçulardan 4-ü qapıçıdır. Bu isə o deməkdir ki, hollandiyalı mütəxəssisin sərəncamında cəmi 14 sahə oyunçusu olacaq.
 
Qeyd edək ki, Rodriqo Battalya, Stefan Ristovski, Fredi Montero və Rafinya zədəli, Xavyer Akunya və Jeremi Matyö cəzalı olduqları üçün "Qarabağ"la görüşü buraxacaqlar. Bundan başqa, Bruno Sezar, Marselo Ferreyra, Lük Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiçin adları əvvəlcədən UEFA-ya təqdim olunan sifariş ərizəsinə salınmadığından onların da Bakıdakı qarşılaşmada iştirakı mümkünsüzdür.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right