"Qarabağ"ın rəqibində dörd zədəli futbolçu

"Sportinq" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlıqlarına başlayıb.
 
Newsport.az xəbər verir ki, məşqdə futbolçular Stefan Ristovski, Rodriqo Battalya, Fredi Montero və Rafinya iştirak etməyiblər. Zədəli olan sözügedən oyunçuların həkim nəzarətində olduğu bildirilib.
 
Digər oyunçuların isə bərpa xarakterli məşqlə kifayətləndiyi vurğulanıb.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-u saat 21:55-də başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right