Deviç "Sabah"a pula görə gəlməyib: "Karyeram ərzində yetərincə qazanmışam"

"Sabah"ın legioneri Marko Deviç Azərbaycan Premyer Liqasının debütantına keçdii haqda danışıb. Newsport.az xəbər verir ki, 35 yaşlı hücumçu Ukrayna mətbuatına bu qərarına maddi tərəfin önəmli olmadığını bildirib.

 

Deviç "Azərbaycan çempionatına pul qazanmağa görə gəlmisiniz" sualını belə cavablandırıb: "İndi Azərbaycanda elə vəziyyət deyil. Açıq danışsaq, bu ölkəyə gələnədək maliyyə məsələsi prioritet deyildi. Karyeram ərzində yetərincə oynamışam, yetərincə qazanmışam".

 

Xarkov "Metallits"ində çıxışıyla tanınan Marko bu ölkənin aşağı divizionda çıxış edən "Metallist 1925"dən dəvət aldığını təsdiqləyib: "Bəli, söhbət olmuşdu. Ancaq onlar hələ birinci liqada çıxış edirlər, mən isə yüksək liada oynamaq istəyirəm...Ancaq, karyeramı bitirəcəyimə qərar versəm, qərara alsam ki, müəyyən il mənim üçün sonuncudu, bunu Ukraynada etmək istəyirəm". 

 

Maraqlıdı, Deviç Ukrayna Premyer Liqasına yarayır?: "Yaxşı sualdı. Bu, funksional vəziyyətdən asılıdı. Qalan şeylərə gəlincə, bunlara görə narahat deyiləm. Səhhətim qaydasında olsa, fikrimcə, yarayaram. Yaxında 35 yaşım tamam oldu. Hər məşqə və oyuna sonuncu kimi çıxıram. Başa düşürəm ki, böyük səhvlər, pauzalar və zədlələr karyeramın bitirməsinə təsir edə bilər. Həm özümü, həm də azarkeşləri hələ sevindirmək, vacib qol vurmaq, oyunda qalb gəlmək istəyirəm. Bununla bərabər istəyirsəm ki, hamının tanıdığı Marko Deviç haqda xatirələr "elə də yaxşı deyildi" olmasın".

 

Qeyd edək ki, 1 aydı zədə üzündən oynamayan, "Sabah"da 4 qarşılaşmada 5 qol vuran Devçin TPL-in növbəti turunda "Neftçi"ylə ev matçında qayıdışı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right