Ayxan Abbasov: "Klub prezidentinin öz işi var, mənim öz işim"

“Bu oyuna çox ciddi hazırlaşmışdıq. Futboçuların meydanda əzmkarlığı görünürdü. Rəqibi təhlil etmişdik. Futbolçulara dedim ki, 65 dəqiqə oynadıq, son 25 dəqiqə istədiyimizi yerinə yetirə bilmədik. Qələbə istəyiriksə, 90 dəqiqə dözmək lazımdır”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 12-ci turunda səfərdə “Zirə”yə 1:3 hesabı ilə uduzduqları qarşılaşmadan sonra mətbuat konfransında deyib.

- “Sumqayıt” bu mövsüm ilk dəfə oyuna nominal hücumçusuz çıxmışdı. Bu, nə ilə bağlı idi?

- Belə sistemdə görünə bilər ki, hücumçumuz yox idi. Bu gün Aleksey İsayevi hücumda da istifadə edirdik. İnanıram ki, orda da çıxış edə bilər.

- 65-ci dəqiqədən sonra oynaya bilməməyiniz fiziki hazırlığın qaydasında olmamağı ilə bağlı idi?

- Əli Babayev zədə üzündən meydandan çıxandan sonra pressinq azaldı. İndi durub yeni baş məşqçi kimi fiziki hazırlıqdan danışmağım düzgün olmazdı. İstədiyim futbolu özüm hazırlamalıyam. Qış fasiləsində yeni futbolçularımız da olacaq, komandanı hazırlayandan sonra tələblərimizi edəcəyik.

- Belə iddialar var ki, klub prezidenti Riad Rəfiyev keçmiş baş məşqçi Nazim Süleymanovdan Xəyal Nəcəfovu oynatmağ xahiş etmişdi. Bu gün Xəyal 90 dəqiqə oynadı. Sizdən də bu istək olub?

- Məndən əvvəl nə olub bilmirəm. Klub prezidentinin öz işi var, mənim öz işim. Riad müəllim neçə illərdir futboldadır. Xəyal bu gün göstərdi ki, normal futbol oynaya bilər. Çalışacaqsa, yenə oynayacaq. Heç vaxt Riad müəllim deməz ki, bu futbolçunu oynat. Xarakterim elədi ki, özüm qərar verirəm. “Sumqayıt”da belə şeylə rastlaşmamışam. Bizim də səhvlər ola bilər. İşim rəhbərliyə görülən işlə bağlı məruzə etməkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right