"Rüfət Dadaşov Azərbaycan millisindən zədəli gəlib"

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Millətlər Liqasının 6-cı turunda Kosovo ilə keçirilən görüşdə zədələnib. Newsport.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. 

 

III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən 27 yaşlı hücumçunun durumu haqda komandanın baş məşqçisi Marko Antverpen açıqlama verib. O, Rüfətin zədəsinin ciddi olmadığına və hücumçunun növbəti turda "Braunşveyq"ə qarşı oyunda meydana çıxacağına ümid etdiyini bildirib.


Qeyd edək ki,  Kosovo ilə oyunun start heyətində meydana çıxan Dadaşov fasilədən dərhal sonra Əfran İsmayılovla əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right