Yığmamız elit mərhələdə! Yenilənib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən millimiz 6 xalla qrupu 2-ci pillədə tamamlayıb və adını elit-raunda yazdırıb.

Millimizin əsas izləyicisi Gürcüstan isə İsraillə 1:1 hesablı heç-heçəyə razılaşıb və 4 xalla 3-cü pilləni tutub. İsraillilər isə qrup lideri kimi elit mərhələyə vəsiqə qazanıblar.


Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup

3-cü tur

20 noyabr

17:00. Azərbaycan - Lixtenşteyn - 3:0 
Qollar: 
M. Mahmudov, 14 (1:0), K. Quliyev, 64 (2:0), 69 (3:0)
Hakimlər: Erik Lambrexts, Karel De Rokker (hər ikisi Belçika), Giorgi Elikaşvili, 
Aleko Aptsiauri (hər ikisi Gürcüstan)

 

1.

İsrail

 

3

2

1

0

7:3

7

2.

Azərbaycan

3

2

0

1

6:5

6

3.

Gürcüstan

3

1

1

1

9:3

4

4.

Lixtenşteyn

3

0

0

2

1:12

0

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right