Kosovo yığmasında itki:Millimizlə oyunu buraxacaq

Futbol üzrə Kosovo yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta və Azərbaycana qarşı keçirəcəyi oyunlar ərəfəsində ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından Bersant Çelina zədələnib.

Bu barədə millinin baş məşqçisi Bernar Şalland məlumat verib. Kosovo Futbol Federasiyasının rəsmi saytı da “Suonsi Siti”də forma geyinən 22 yaşlı yarımmüdafiəçinin qarşıdakı hər iki matçı buraxacağını qeyd edib.

Qeyd edək ki, noyabrın 17-də səfərdə Maltanın qonağı olacaq Kosovo yığması bundan 3 gün sonra doğma meydanda Azərbaycan millisini qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right