Toni Adams: “Qəbələ”nin inkişafında mənim də rolum var”

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams Azərbaycan futbolu haqqında fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, ingiltərəli mütəxəsis “Qəbələ”də işlədiyi dövrdə klubun inkişafına təsir etdiyi üçün şad olduğunu vurğulayıb.

"Komandaların məşqçilərinin Pro lisenziyası yox idi. Sonradan stadion inşa olundu və akademiyalar quruldu. Növbəti illərdə “Qəbələ” Azərbaycan Premyer Liqasında yuxarı pillələr üçün mübarizə apardı.

8 il sonra klubun inkişafını görmək mənim üçün xoşdur. Komanda iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Klubda xeyli inkişaf var. Bu prosesdə rolumun olduğunu bilmək məni sevindirir”.

Adams Azərbaycan futbolunun inkişafından da söz açıb: “Qarabağ”ın "Arsenal"la Bakıda keçirdiyi oyun Azərbaycan futbolunun inkişafının nümunəsidi.

Azərbaycan klubları hər il avrokuboklarda iştirak edirlər. Bu da futbolun inkişafı üçün müsbət hadisədir”.

Toni Adams 2010-cu il mayın 11-dən 2011-ci ilin noyabr ayınadək "Qəbələ"də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right