"Qarabağ"a qol vurmaqla uşaqlıq arzumu gerçəkləşdirdim" - Emil

“Arsenal”ın futbolçusu Emil Smit-Rou açıqlama verib.
 
Newsport.az xəbər verir ki, 18 yaşlı vinqer Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la səfər matçında vurduğu qol barədə danışıb: "Həmin vaxt çox xoşbəxt olmuşdum. Həyatımın ən vacib günlərindən birini yaşadım. Əsas komandada qol vurmaq mənim arzum idi. Bu, mənim uşaqlıqdan xəyalım idi. Qol vurmağım mən və ailəm üçün qürurverici an idi. Bakıda arzumu reallaşdırdım".
 
Emil Premyer Liqada "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröynenin oyunundan ilham aldığını deyib: "Kevinin oyunundan ilham alıram. O, usta futbolçudur. "Arsenal"ın De Bröynesi olmaq istəyirəm".
 
Qeyd edək ki, Smit-Rou "Arsenal"ın səfərdə "Qarabağ"a 3:0 hesabı ilə qalib gıldiyi oyunda 2-ci qolun müəllifi olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right